İdman

Uels – Danimarka cütünün qalibi Bakıya gələcək

AVRO-2020-də 1/8 finalın daha bir cütü müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, iyunun 26-da Amsterdamda qarşılaşacaq komandalar dəqiqləşib.
A qrupunda ikinci olan Uelsin rəqibi iyunun 21-dəki matçlardan sonra bəlli olub. B qrupunda ikinci olan Danimarka böyük britaniyalılarla üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Həmin gün Londonda baş tutacaq İtaliya – Avstriya cütü isə daha öncə dəqiqləşib. Bu qarşılaşma 23:00-da start götürəcək.
Qeyd edək ki, Amsterdamdakı oyunun qalibi 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button