İdman

Uels oyununda tamaşaçı sayı açıqlanıb

AVRO-2020-nin Türkiyə – Uels oyunundakı (0:2) tamaşaçı sayı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.
Bakı Olimpiya Stadionundakı qarşılaşmanı 19 min 762 azarkeş izləyib. II turun A qrupunda keçirilən bu görüş ölkəmizdəki ikinci Avropa çempionatı matçı olub. İyunun 12-də baş tutan Uels – İsveçrə matçında (1:1) daha az 8 min 782 tamaşaçı qeydə alınıb.
Qeyd edək ki, Bakıda qrup mərhələsinin daha bir matçı baş tutacaq. İyunun 20-də Türkiyə İsveçrə ilə qarşılaşacaq. İyulun 3-də isə 1/4 final matçı baş tutacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button