İdman

Uels yığmasının Bakıya gələcək heyəti açıqlanıb

Uels yığmasının AVRO-2020 üçün ilkin iştirak ərizəsi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu 28 futbolçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 8-i isə hücumçudur. Artıq təlim-məşq toplanışına başlayan, Fransa və Albaniya ilə yoldaşlıq görüşü keçirəcək britaniyalıların yekun heyəti mayın 30-da açıqlanacaq.
Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”), Denni Uord (“Lester”), Adam Deyvis (“Stok Siti”);Müdafiəçilər: Ceyms Laurens (“Sankt Pauli”), Ben Devis, Co Rodon (hər ikisi “Tottenhem”), Kris Mefam (“Bornmut”), Kris Qunter (“Çarlton”), Riys Norrinqton-Deyvis (“Şeffild Yunayted”), Neko Uilyams (“Liverpul”), Tom Lokyer (“Luton”)Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”), Co Morrell (“Luton”), Etan Ampadu (“Çelsi”), Mettyu Smit (“Mançester Siti”), Conni Uilyams, Rubin Koluill (hər ikisi “Kardiff”), Aaron Remsi (“Yuventus”), Dilan Lyuitt (“Mançester Yunayted”), George Tomas (KPR)Hücumçular: Kiffer Mur, Mark Harris (hər ikisi “Kardiff”), Harri Uilson (“Liverpul”), Qaret Beyl (“Real”), David Bruks (“Bornmut”), Tayler Roberts (“Lids”) Tom Lourens (“Derbi”), Rabbi Matondo (“Şalke”).
Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Uels yığması İtaliya, İsveçrə və Türkiyə ilə mübarizə aparacaq. Uelslilər iyunun 12-də İsveçrə, 16-da isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button