Gündəm

Uelsli azarkeşləri Bakıya gəlməməyə çağırdılar

Uelsli azarkeşləri COVID-19 qadağaları səbəbindən Avro 2020 qrup oyunlarını izləmək üçün Azərbaycana və İtaliyaya getməməyə çağırırlar. Belə bir xəbərdarlıqla Uelsin Futbol Assosiasiyası (UFA) çıxış edib.

Uels A qrupunda İtaliya, İsveçrə və Türkiyəyə qarşı oynayacaq. Oyunların Bakının Olimpiya Stadionundan və Romada keçiriləcəyi gözlənir.

İki ölkəyə minədək azarkeşin gedəcəyi gözlənir. UFA isə azarkeşləri Britaniya hökumətinin səyahətlərlə bağlı xəbərdarlığını diqqətə almağa çağırır.

Hökumət Azərbaycan və İtaliyanı bir sıra başqa ölkələrlə birlikdə vacib olmayan səyahətin məsləhət görülmədiyi ölkələr siyahısına salıb. Bu səfərlər vacib sayılmadığından qurum azarkeşlərə Bakı və Romaya səyahət zamanı xəbərdarlığı nəzərə almağa çağırır.

Bir müddətdir Azərbaycanda aşkarlanan gündəlik yoluxmaların xeyli azaldığı, bir neçə yüz civarına düşdüyü bildirilir. Ancaq bəzi müşahidəçilər rəsmi statistikaya şübhəylə yanaşır, göstəricilərin məhz Bakıda gözlənən beynəlxalq yarışmalara görə “azaldıldığını” deyir, əhalini virusa qarşı ehtiyatı əldən verməməyə çağırırlar.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button