Cəmiyyət

Ukrayna payızadək COVID-19 peyvəndinin hazırlanmasının əsas mərhələsini başa çatdıracaq – EKSKLÜZİV

Ukrayna koronavirusa qarşı öz peyvəndini hazırlayır.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko deyib.
“Bunu edəcəyik və hətta artıq başlamışıq. Artıq üç variant üzərində iş gedir. Təxminən sentyabra qədər bu işin əsas mərhələsini keçəcəyik. İstehsal etdiyimiz peyvənd yüksək effektivli olmalıdır”, – o deyib.
Onun sözlərinə görə, hazırda Lvov, Odessa və bir sıra digər şəhərlərdə bununla bağlı işlər davam edir.
V.Lyaşko peyvəndin təxminən gələn ilə qədər hazır olacağını qeyd edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button