Dünya

Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd təqdim edib – YENİLƏNİB

Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd təqdim edib.
“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, posta hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiynin namizədliyi Ali Radaya rəsmən irəli sürülüb.
21:26
Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub.
“Report”un Şərqi Avropa bürosunun eksklüziv olaraq Ali Radadan əldə etdiyi məlumata görə, bu hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiydir.
Avakovun istefa ərizəsinə və yeni daxili işlər nazirinin təsdiqi ilə bağlı məsələyə Ali Radanın iyulun 15-də keçiriləcək iclasda baxması gözlənilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button