Dünya

Ukrayna və Moldova prezidentləri Gürcüstana səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski və Moldovanın dövlət başçısı Maya Sandu Gürcüstana səfər edəcəklər.
“Report”un yerli bürosu xəbər verir ki, onlar iyulun 19-da Batumidə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.
“Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı tədbirə Avropa Şurasının prezidenti Şarl Mişel də qatılacaq.
Konfransın əsas müzakirə mövzusu Avropa İttifaqının üç assosiasiyalı tərəfdaşı – Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlıq səviyyəsinin yüksəldilməsi olacaq.
Gürcüstanı tədbirdə prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani və digər rəsmi şəxslər təmsil edəcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button