Cəmiyyət

Ukrayna və Moldovanın tanınmış KİV-ləri və siyasi xadimləri azərbaycanlı jurnalistlərin həlak olmasından yazdı

Dünyanın bir sıra media orqanlarında olduğu kimi, Ukrayna və Moldova mediasında da Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə bağlı xəbərlər işıqlandırılıb, yazılar dərc olunub.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanın “Ukrinform”, “RBK-Ukraina”, “24tv.ua”, “gordonua.com”, “correspondent.net”, “podrobnosti.ua”, “world.segodnya.ua”, “ukranews.com”, Moldovanın isə “noi.md”, “dosug.md” kimi media orqanlarında həlak olan azərbaycanlı jurnalistlər, hadisə barədə ətraflı məlumat verilir. Eyni zamanda Ermənistanın mina xəritələrini verməməsin ağır nəticələrə səbəb olmasına xüsusi yer verilir.
Moldovanın eyni zamanda parlamentinin Milli təhlükəsizlik və müdafiə komissiyasının rəhbəri Serqey Sırbu, parlamentdə Demokratik Fraksiyanın rəhbəri Dumtsi Diacov hadisə ilə bağlı bəyanat yayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button