Dünya

Ukraynada nüfuzlu gürcü “qanuni oğru” saxlanılıb

“Laşa Svan” ləqəbli “qanuni oğru” Laşa Caçvliani Ukraynada saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Mayın 19-da həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyat zamanı “Umka” ləqəbli kriminal avtoritet Sergey Oleynik də həbs olunub.
“Laşa Svan” və “Umka” Ukraynanın bir neçə əyalətində cinayətkar qruplaşmalar yaradaraq onlara nəzarət ediblər.
1995-ci ildən “qanuni oğru” olan L.Caçvliani kriminal dairələrdə nüfuzu ilə seçilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button