İqtisadiyyat

Ukraynadan Azərbaycana ötən il daxil olan pul baratlarının həcmi açıqlanıb

2020-ci ildə Ukraynadan Azərbaycana daxil olan pul baratlarının həcmi 24,86 mln. ABŞ dolları təşkil edib.
“APA-Economics”in Ukrayna Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici il ərzində 10,2% azalıb.
Qeyd edək ki, köçürmələrin 92,9%-i (23,1 mln. dollar) beynəlxalq pul köçürmələri sistemləri vasitəsi ilə, qalan 7,1%-i (1,76 mln dollar) isə bank sistemi üzərindən göndərilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button