Cəmiyyət

Ukraynanın bir qrup KİV-i azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı çağırış edib – EKSKLÜZİV

Ukraynanın bir sıra media orqanı və bir sıra jurnalistləri Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə bağlı çağırış ediblər.
“Report”un Şərqi Avropa bürosuna göndərilən çağırış məktubunda ukraynalı jurnalistlər azərbaycanlı həmkarlarının peşə fəaliyyəti başında həlak olmasından üzüldüklərini bildirirlər. Məktubda 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının üzv dövlətlər qarşısında minalar ilə bağlı öhdəliyi özündə ehtiva edən 2365 nömrəli qətnaməsi xatırladılaraq bildirilir ki, Ermənistan bu öhdəliyi pozub. Ukraynalı jurnalistlər Ermənistanı təcili bu öhdəliyə görə məsuliyyətli olmağa çağırıblar.
“Bildiririk ki, 30 illik işğaldan sonra öz torpaqlarını azad edən Azərbaycanın dinc sakinlərinin yurdlarında işğaldan sonra yenidən yerləşmələri ilə bağlı problemlər yaranıb. Bunlar azərbaycanlıların həmin ərazidə evlərinin tamamilə dağıdılması, meşələrin məhv edilməsi, məscidlərin viran qoyulması və sairdir. Çox təəssüf ki, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə çox sayda minalar da basdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, konfliktin başa çatmasından sonra bir neçə dəfə müraciət və tələblərə baxmayaraq, Ermənistan razılaşmaya zidd olaraq minalanmış ərazilərin xəritəsini vermir. Biz Ermənistanı öhdəliyini yerinə yetirməyə çağırırıq”- deyə, məktubda bildirilir.
Ukrayna KİV çağırışa Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının mətbu orqanı “Oqni Azerbaydjana” qəzetinin redaksiyası ətrafında qoşulublar. Bunlar “Dnepr vecerniy”, “Kurier” ictimai-siyasi qəzeti, “Za virciznu” redaksiyası, Ukrayna Jurnalistlər İttifaqının üzvü Anna Kosinenko və digər müstəqil jurnalistlərdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button