Dünya

“Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir” – Peskov

Moskva Vaşinqton tərəfindən gələn qeyri-adekvat və qeyri-obyektiv qiymətləndirmələrə adət edib. Bu barədə «Rusiya-1» telekanalındakı «Moskva. Kreml. Putin» proqramının aparıcısına verdiyi müsahibədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, amerikalı nümayəndələrin Rusiya qüvvələrinin Ukrayna sərhədinə cəmləşdirilməsi barədəki bəyanatları real vəziyyətlə ziddiyyət təşkil edir.

«Biz, yerimizi necə dəyişirik, ordunu öz ölkəmiz daxilində hara yerləşdiririk? – bu, bizim şəxsi işimizdir, bizim daxili işimizdir. Və bu, heç kimi narahat etməməlidir. Rusiya heç vaxt heç kim üçün təhlükə yaratmayıb» – deyə, Peskov qeyd edib.

«Yanımızdakı ölkədə vəziyyət elədir ki, bax indicə vətəndaş müharibəsi təkrarlana bilər. Bizim yanımızdakı ölkədə istisna etmirik ki, rəhbərlik yenidən daxili problemi güc metodu ilə həll etməyi mümkün sayar. Bu, təhlükəlidirmi? Əlbəttə, təhlükəlidir.Biz, öz təhlükəsizliyimizi təmin etmək üçün tədbirlər görməliyikmi? Görməliyik. Bax, biz bunu edirik» -deyə, Kremin sözçüsü bildirib.

Bununla bərabər, Peskov Ukrayna ilə müharibə imkanını istisna edib.

«Əlbəttə, heç kim müharibəyə doğru hərəkət etmir və ümumiyyətlə, heç kim belə müharibəni mümkün saymır» – Peskov əlavə edib.

«Rusiya heç vaxt bu münaqişənin iştirakçısı olmayıb. Ancaq Rusiya həmişə bildirib ki, bu ölkənin Cənub-Şərqində yaşayan rusdillilərin taleyyinə biganə qalmayacaq» – Peskov bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button