Cəmiyyət

Ukraynanın nüfuzlu informasiya agentliyi Azərbaycanda büro aça bilər

Ukrayna ilə Azərbaycan media sahəsindəki əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukraynanın nüfuzlu UNIAN informasiya agentliyinin Kiyev şəhərindəki baş ofisində qurumun rəhbəri Mixaylo Qanitski ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD), Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov arasında baş tutan görüşdə bildirilib.
H.Cavadov iki ölkə arasında son dövrdə artan media əməkdaşlığı baxımdan diasporun fəaliyyəti, habelə iki ölkə KİV-inin yalanlara qarşı mübarizədə müştərək fəaliyyətinin vacibliyi haqqında danışıb. Bu baxımdan yaradılması nəzərdə tutulan Ukrayna-Azərbaycan Beynəlxalq Media Platformunun mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib.
Azərbaycan KİV-ini mütəmadi izlədiklərini, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirən UNİAN rəhbəri həmçinin Ukrayna ilə Azərbaycanın beynəlxalq meydanda bir-birini daim dəstəklədiklərini, mənafelərinin üst-üstə düşdüyünü qeyd edib.
“Son illər ölkələrimiz qarşısında informasiya məkanında eyni təhdidlər durur. Odur ki, iki ölkə KİV-in yaxından əməkdaşlıq etməsi xüsusi əhəmiyyət kəsb edir. Mətbuat həm də düşmən təbliğatını dəf etmək üçün çox işlər görməlidir”, – UNIAN başçısı həmçinin Azərbaycanda regional büro açmaq məsələsini araşdırdıqlaını diqqətə çatdırıb.
O, iki ölkənin media kapitanlarının birgə toplantısının keçirilməsini də zəruri hesab edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button