Cəmiyyət

Ukraynanın yeni səhiyyə naziri Azərbaycanla əməkdaşlığın əsas prioritetlərini açıqladı – EKSKLÜZİV

Ukrayna ilə Azərbaycan arasında səhiyyə əlaqələrində beynəlxalq əməkdaşlıq məsələləri öncül əhəmiyyət daşıyır.
Bunu “Report”un Şərqi Avropa bürosuna Ukraynanın yeni təyin olunmuş səhiyyə naziri Viktor Liaşko bildirib.
“Azərbaycanla bundan sonra da, xüsusilə pandemiyadan sonrakı dövrdə həm texnoloji sahədə, həm də kadr hazırlığı sahəsində əməkdaşlığın davam edəcəyinə əminəm” – deyə nazir vurğulayıb.
Qeyd edək ki, mayın 21-də Ukrayna parlamentinin qərarı ilə səhiyyə nazirinin müavini və baş sanitariya müfəttişi Viktor Liaşko səhiyyə naziri vəzifəsinə təyin olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button