İqtisadiyyat

Un istehsalçılarına subsidiya verilməsi dayandırılır

Un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə verilən 35 (otuz beş) manat məbləğində subsidiyanın verilməsi dayandırılır.

Nazirlər Kabinetinin 16 fevral 2021-ci il tarixli “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu Qərar ilə müəyyən edilmiş qaydada 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya verilib.

Bu gündən isə bu qərar qüvvədən düşür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button