İdman

Uruqvaylı futbolçu intihar edib

Uruqvaylı futbolçu Uilyams Martines 39 yaşında ölüb.Apasport.az saytının məlumatına görə, cənubi amerikalı intihar edib.İkinci liqada çıxış edən “Vilya-Teras”ın oyunçusu özünü qətlə yetirib. Martines bunadək Uruqvay, Argentina, Venesuela, Çili, Paraqvay, İspaniya, Fransa klublarında çıxış edib. O, həmçinin “Vest Bromviç” klubunda oynayıb. Martines Uruqvay yığmasında 1 oyun keçirib.Qeyd edək ki, bununla əlaqədar Uruqvay çempionatının XI turunun matçları təxirə salınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button