Gündəm

‘Uşaqlarımızı niyə buraxmırlar?’ (Etiraz)

Suriyada döyüşməkdə ittiham olunaraq həbs edilmiş bir qrup şəxsin anası oğullarının azadlığa buraxılmasını istəyir. Onlar iyunun 7-də bu məqsədlə Prezident Administrasiyası qarşısında toplaşıb və dövlət başçısına müraciət ediblər.

Onlardan Südabə Heydərova Mahirə Məmmədova jurnalistlərə deyiblər ki, oğulları ay yarım Suriyada olublar və daha sonra Azərbaycana qayıdıblar. Analar oğullarının Suriyada terrorizmlə məşğul olmadıqlarını, bu barədə əllərində sənəd olduğunu, amma 2014-cü ildə terrorçuluğa görə mühakimə edildiklərini bildiriblər.

“Prezident deyib ki, qayıdın, siz tutulmayacaqız. Amma onları həbs ediblər. Oğlum terrorçuluq ittihamı üzərindən götürülməsi tələbi ilə həbsxanada aclıq aksiyası edib”, – S.Heydərova söyləyib.

Analar Prezident Administrasiyasında qəbul edilmədiklərini deyiblər. “Erməniləri azadlığa buraxırlar, uşaqlarımızı niyə buraxmırlar?”, – analar sual edib.

Adı çəkilən şəxslər keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilmişdilər. MTN-in yaydığı məlumata görə, onlar antiterror tədbirləri nəticəsində, qanunvericilik ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə və digər hüquqazidd əməllərə görə həbs olunublar.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button