İdman

Useyn Boltun rekordu qırılıb

Əfsanəvi atlet Useyn Bolta məxsus rekordlardan biri qırılıb.
Apasport.az saytının məlumatına görə, onun yeniyetmələr arasında 200 metr məsafəyə qaçışda müəyyənləşdirdiyi göstəricini amerikalı Errion Nayton geridə qoyub.
17 yaşlı ABŞ təmsilçisi məsafəni 20,11 saniyəyə qət edib. Onun Ceksonvilldəki “Duval County Challenge” turnirindəki bu nəticəsi 18 yaşadək idmançılar üçün yeni dünya rekordu olub. Bolt 2003-cü ildə 20,13 saniyə nəticə göstərib.
Bir müddət öncə Nayton 100 m məsafədə 9,99 saniyə nəticəyə imza atıb. O, bu ay Tokio Yay Olimpiya Oyunlarına seçmə xarakterli yarışda da qüvvəsini sınayıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button