Dünya

ÜST: Avropada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb

Avropada koronavirusa yoluxmaların, ölüm hallarının, xəstəxanaya yerləşdirənlərin sayında iki ay ərzində qeydə alınmış azalmadan sonra yoluxmalar yenidən artmağa başlayıb.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı Avropa direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.
“Avropa regionundakı 53 ölkədə COVID-19 hallarının on həftədir davam edən azalması dayanıb. Ötən həftə daha çox ünsiyyət, gediş-gəliş, toplantılar, sosial məhdudiyyətlərinin zəifləməsi üzündən yoluxanların sayı 10 faiz artdı. Həmçinin vəziyyət sürətlə dəyişir, göstərilən böyük səylərə baxmayaraq milyonlarla insanın hələ də peyvənd olunmadığı regionda narahatlıq doğuran “Delta” variantı yayılmağa başladı”, – o deyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button