Cəmiyyət

ÜST: “Delta” ştammı ilə bağlı vəziyyət həyəcanvericidir

Koronavirusun “delta” ştammı ilə bağlı vəziyyət həyəcanvericidir, virus sürətlə yayılır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç bildirib.
“Delta” ştammı lap çox hüceyrələri məhv edir, insan (bu ştamma yoluxan – red.) daha çox şəxsi, daha sürətlə yoluxdura bilər”, – Vuynoviç deyib.
“Biz hələ pik zirvəni görmürük, virus sürət yığır. İndi reaksiya vermək lazımdır”, – o qeyd edib.
“Vaksinləmə üstə gəl maska rejimi, çünki “delta” ilə (mübarizədə) peyvənd kifayət deyil. İndi qısa vaxt ərzində səyləri qoymaq lazımdır, əks təqdirdə lokdaun olacaq”, – mütəxəssis vurğulayıb.
O əlavə edib ki, vaksinləmə lazımdır, çünki virusun ötürülməsi imkanı azalır və xəstəliyi ağır formada keçirmə ehtimalı da minimuma enir.
“Yalnız ümumi immunitet və davranış dəyişikliyi. Bu o deməkdir ki, yayılmanı azaltmaq üçün hətta əlavə tədbirlər lazım olacaq”, – o qeyd edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button