Cəmiyyət

ÜST dünyada pandemiya ilə bağlı son vəziyyəti açıqladı

Dünyada COVID-19-a yoluxanların sayı 166,34 milyon nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 166 346 635 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 3 449 117 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 563 692 nəfər təşkil edib. Son sutkada daha 12 457 insan təhlükəli infeksiyadan ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button