GündəmManşet

ÜST: Koronavirusdan ölənlərin sayı rəsmi rəqəmlərdən 2-3 dəfə çoxdur

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 6-8 milyon təşkil edə bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) baş direktorunun məlumat və təhlil məsələləri üzrə köməkçisi Samirə Əsma brifinq zamanı deyib.

ÜST-nin statistikasına əsasən, 2020-ci il yanvarın 30-dan dekabrın 31-dək müddət ərzində dünyada 1 813 188 nəfər koronavirusdan həyatını itirib. Amma ötən il üzrə aparılan təhlillər bütün ölüm hallarının qeydə alınmadığını göstərib.

O bildirib ki, koronavirus pandemiyası hazırda inkişaf edir: “Bildiyimiz kimi, hazırda 3,4 milyondan çox ölüm faktı qeydə alınıb. Hesab edirik ki, bu göstəricilərin aşağı həddidir və real rəqəmlər rəsmi məlumatlardan 2-3 dəfə artıq ola bilər. Hazırda pandemiya inkişaf edir və bizim qiymətləndirmələrimiz təkmilləşəcək. Mənim fikrimcə, əminliklə demək olar ki, əslində COVID-19-dan ölənlərin sayı 6-8 milyon nəfərdir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button