Cəmiyyət

ÜST koronavirusun yeni ştammlarının adlarını dəyişdirib

SARS-CoV-2 koronavirusunun yeni ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılacaq.
“Report” “Euronews”a istinadən məlumat verir ki, bu qərar bütün dünyadan olan mütəxəssislərlə məsləhətləşmələrdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilib.
Hazırda koronavirusun yeni variantları ilk dəfə aşkar olunduqları və yayıldıqları ölkələr üzrə coğrafi adlar daşıyır. ÜST bunu ləkələyici və ayrı-seçkilik yaradan sistem hesab edir. Belə ki, bu cür adlandırma əsassız mənfi təsəvvürlər yarada bilər. Məhz bu səbəbdən SARS-CoV-2 koronavirusu daha “Çin koronavirusu” adlandırılmır.
Beləliklə, bundan sonra “Britaniya” ştammı “Alfa”, Cənubi Afrika ştammı “Beta”, Braziliya ştammı “Qamma”, Hindistan ştammı “Delta” adlandırılacaq.
ÜST hesab edir ki, bu cür adlandırma yadda saxlama və səsləndirmə baxımından aydın, dəqiq və asandır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button