Dünya

ÜST ölkələri ilin sonunadək əhalisinin 30%-ni vaksinləməyə çağırıb

Dövlətlər ilin sonunadək əhalinin azı 30%-ni peyvənd etməlidirlər.
“Report” “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “İnfeksiyalarla mübarizə: gələcəyin riskləri” mövzusunda təşkil edilmiş ekspert sessiyasında məlumat verib.
“Peyvəndləmənin olmaması bütün ölkələr üçün təhlükədir. Bütün ölkələri vaksinləmə üzrə qlobal səyləri dəstəkləməyə və sentyabr ayınadək hər ölkəni əhalisinin 10%-ni, ilin sonunadək isə 30%-ni peyvəndləməyə çağırıram. İlk növbədə, həkimlər və risk qrupu nümayəndələrinə vaksin vurulmalıdır”, – o bildirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button