Cəmiyyət

ÜST rəhbəri koronavirus əleyhinə peyvənd olundu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Ahanom Qebreyesus koronavirusdan peyvənd olunub.
“Report” xəbər verir ki, bu barədə o, özünün tvitterdəki səhifəsində bildirib.
ÜST rəhbəri hamını peyvənd olunmağa çağırıb.
“Bu gün Cenevrə Universiteti Xəstəxanasında COVID-19-dan peyvənd edilmək mənim növbəmdir”, – deyə Qebreyesus bildirib. O, peyvəndlərin insanların həyatını xilas etdiyini və preparatların bütün ölkələrdə olmasının vacibliyini vurğulayıb.
“Əgər siz də mənim kimi peyvəndlərin mövcud olduğu ölkədə yaşayırsınızsa, zəhmət olmasa növbəniz gələndə vaksinasiya olunun”, – deyə ÜST rəhbəri tövsiyə edib.

Today it was my turn to get vaccinated @Hopitaux_unige against #COVID19. Vaccines save lives. It’s critical to get them to all counties A.S.A.P. If like me you live in a country where vaccines are available, please get vaccinated when it’s your turn. pic.twitter.com/ioNMLH5TW9— Tedros Adhanom Ghebreyesus (@DrTedros) May 12, 2021



REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button