Cəmiyyət

Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib

Vətən müharibəsi şəhidi Vüsal Hüseynovun övladı dünyaya gəlib.
“Report”un Muğan bürosunun məlumatına görə, körpəyə şəhidin vəsiyyətinə uyğun olaraq babası Nadirin adı qoyulub.
Şəhidin övladı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib.
Qeyd edək ki, şəhid Vüsal Nadir oğlu Hüseynov 1991-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub.
Ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button