Gündəm

Vətən müharibəsində itkin düşmüş hərbçinin 7 ay sonra nəşi tapılıb – yenilənib

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib.

Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb.

Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq.

Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

***

Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi 7 aydan sonra Cəbrayıl rayonu ərazisində aşkar edilib.

Şəhid Lerik rayonunun Anbu kəndindəndir.

Sabah onun nəşi Cəbrayıldan Lerik rayonuna gətiriləcək.

Qeyd edək ki, Ə.Rəhmətovun iki övladı var.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button