Gündəm

Vətən müharibəsində şəhid olan hərbçi Mingəçevirdə dəfn olunub

Vətən müharibəsində şəhid olan hərbçimiz Mingəçevirdə dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, kiçik çavuş Tağıyev Pərviz Hafiz oğlunun nəşi Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində hərbçilər, şəhər icra hakimiyyətinin, ictimaiyyətin  nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Dövlət himni səslənib, yaylım atəşi açılıb və şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşən və axtarışları davam edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button