Gündəm

Vətən müharibəsində şəhid olmuş zabitimiz dəfn edilib

Səkkiz ay sonra nəşi tapılan qəhrəman şəhidimiz – leytenant Yusifov Əli Süləddin oğlunun nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu Şərur rayonuna yola salınıb.

“Report” xəbər verir ki, Əli Yusifov Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, hərbçilər, rayon rəhbərliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri iştirak edib.

Qeyd edək ki, həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbçimizin – leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button