Dünya

Vaşinqtonda beysbol stadionunda atışma olub, yaralılar var

Vaşinqtonda “Nationals Park” adlanan beysbol stadionunun yaxınlığında atışma baş verib.
“Report” Associated Press-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya bölgəsinin polisi öz Twitter səhifəsində məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs iki nəfərə atəş açıb, daha iki nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, yaralılardan biri stadionun əməkdaşıdır.
Qeyd edək ki, hadisə “San Diego Padres” və “Washington Nationals” komandaları arasında keçirilən oyun zamanı qeydə alınıb. Oyun bazar gününə qədər təxirə salınıb, tamaşaçılar tələsik stadionu tərk ediblər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button