Dünya

Viktor Lyaşko Ukraynanın səhiyyə naziri təyin edilib

Ukrayna Ali Radası səhiyyə nazirinin müavini və baş sanitar həkim Viktor Lyaşkonu səhiyyə naziri təyin edib.
“Report” UNİAN agentliyinə istinadən xəbər verir ki, 377 millət vəkilindən 262-si təyinatın lehinə səs verib.
On yeddi deputat bunun əleyhinə səs verib, 73 nəfər bitərəf qalıb, 25 nəfər səs verməyib.
Mayın 12-də V.Lyaşko “Report”un Şərqi Avropa bürosuna verdiyi müsahibəsində Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıqdan danışıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button