Dünya

Vladimir Zelenski ABŞ-ın Dövlət katibi ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken ilə görüşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

V. Zelenski deyib: “Bizim strateji müttəfiqimiz olan Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətini bu cür yüksək səviyyədə qəbul etmək şəxsən mənim üçün və Ukrayna üçün çox xoş və şərəflidir. Bu, hər şeydən əvvəl bütün Ukrayna xalqı üçün, ABŞ-ın 2014-cü ildən bəri dəstəklədiyi müstəqilliyimiz və suverenliyimiz üçün çox vacibdir və biz bu dəstəyə görə sizə minnətdarıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button