Dünya

Vladimir Zelenski: “Türkiyə ilə Ukrayna birgə təyyarə istehsal edəcək”

“Türkiyə ilə Ukrayna 2023-cü ilə qədər prioritet investisiya layihəsi siyahısını təsdiqlədi. Bura infrastruktur, hava limanı və nəqliyyat kimi hərtərəfli layihələr daxildir”.

APA-nın xəbərinə görə, Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Türkiyə ilə Ukrayna arasında Azad Ticarət Sazişinin imzalanması ikitərəfli ticarətimizi liberallaşdırmaqla mümkün olacaq”, deyə bildirən V.Zelenski bu addımların nə qədər böyük məsuliyyət olduğunu və hər iki tərəfin milli maraqlarına uyğun olmasının vacibliyini qeyd edib: “Bu səbəbdən cənab Ərdoğanla vacib sazişin imzalanmasına imkan verəcək kompromislər barədə razılığa gəldik”.

Enerji sahəsində əməkdaşlığa dair razılığa gəlindiyini qeyd edən Ukrayna Prezidenti Türkiyə ilə ortaq təyyarə istehsal ediləcəyini də vurğulayıb: “Müdafiə sənayesi strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Təyyarə istehsalındakı əməkdaşlığımızı da müzakirə etdik, sözügedən sahə hər iki ölkə üçün vacibdir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button