Dünya

Vyetnamda 6 nəfər yanğında ölüb

Vyetnamın Nquan əyalətinin inzibati mərkəzi olan Vin şəhərində üçmərtəbəli binada baş verən yanğın zamanı 6 nəfər ölüb.
Bu barədə “Report” “Sinhua” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bina özəl evlər və ofislər üçün kirayəyə verilib, birinci mərtəbədə koronavirus yayılması səbəbindən bu yaxınlarda bağlanmış kafe var.
Yanğın qısa zamanda bütün binaya yayılıb. Yanğının söndürülməsi üçün xüsusi texnika istifadə edilib. Yanğının söndürülməsinə 100 yanğınsöndürən və hərbi qulluqçu cəlb edilib. Güclü yanğın və tüstü səbəbindən binanın içərisində qalan sakinləri təxliyə etmək mümkün olmayıb.
Yanğının səbəbləri müəyyənləşdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button