Dünya

Vyetnamda koronavirusun yeni növü tapılıb

Vyetnamda koronavirusun Böyük Britaniya və Hindistan ştammlarına xas olan cəhətlərinə malik yeni növü aşkarlanıb.
“Report” “VnExpress”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Belə ki, nazir Nquyen Than Lonq bir neçə xəstənin təhlillərində gen müayinəsi zamanı mövcud iki variant olduğunu göstərib. Hibrid olan Vyetnam ştammının daha yoluxucu olduğu, hava ilə asanlıqla ötürüldüyü bildirilir. Son vaxtlar ölkədə yoluxma sayının sürətlə artması məhz yeni variantla əlaqələndirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button