İqtisadiyyat

WTI neftinin qiyməti 2018-ci ilin oktyabrından ilk dəfə 68 dolları üstələyib

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2-2,5% arasında artaraq 68 dollardan yuxarı ticarət olunur. Sonuncu dəfə WTI nefti 68 dollardan yuxarı 2018-ci ilin oktyabr ayında ticarət olunub.
“APA-Economics”in məlumatına görə, Bakı vaxtı ilə saat 12:23-də WTI neftinin qiyməti 68,1 dollar, “Brent” neftinin qiyməti isə 70,66 dollar təşkil edib. “Brent” nefti sonuncu dəfə 70 dollardan yuxarı bu ilin mayın 18-də ticarət olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button