Cəmiyyət

Xətaidə avtomobil köşkə çırpılıb – FOTO

Bu gecə Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, dövlət qeydiyyat nişanı 42-BZ-702 olan “Mitsubishi” markalı avtomobilin sürücüsü Xocalı prospketindən Ayaz İsmayılov küçəsinə dönərkən idarəetməni itirib.
Nəticədə avtmobil yolun kənarındakı köşkə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb, avtomobilə və köşkə ciddi ziyan dəyib.
Hadisə yerinə əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları və təcili tibbi yardım avtomobili cəlb olunub. Yaralı şəxsə ilkin tibbi yardım göstərilib.
Qəzanın baş vermə səbəbi araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button