İqtisadiyyat

Xətaidə kommunikasiya quyusu ilə bağlı problem aradan qaldırılıb

Ötən gün gecə saatlarında sosial şəbəkələrdə Xətai rayonu, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə kəsişən hissəsində yol kənarında olan kommunikasiya xəttinə aid quyunun baxış qapağının sınması ilə bağlı məlumat paylaşılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  “APA-Economics”ə verilən məlumata görə, sözügedən problemlə bağlı AAYDA-ya məlumat daxil olan kimi agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək problemin aradan qaldırılması üçün müvafiq addımlar atılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button