Cəmiyyət

Xəzər Universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasında – reytinq cədvəli açıqlandı

Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2021-ci il üçün ən yaxşı dünya universitetlərini müəyyən edən “THE University Impact Rankings 2021” reytinq cədvəlini açıqlayıb.

Istiqlal.az bildirir ki, Xəzər Universitetinin adı dünyanın ən yaxşı ali məktəbi kimi reytinq cədvəlinə salınıb. Xəzər Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərən universitet kimi reytinq cədvəlində 401-600 aralığında yer alıb.

Xəzər Universiteti təhsilin keyfiyyəti üzrə 101-200 aralığında yer tutaraq, öz təhsilinin keyfiyyətini təsdiqləyib.

Beləliklə, Xəzər  Universiteti sahələrin 1-i üzrə 101-200 yerdə, 2-si üzrə 201-300 yerdə, 4-ü üzrə 301-400 yerdə,  1-i üzrə 301+ yerdə, 3-ü üzrə 401+ yerdə,  5-i üzrə isə 401-600 yerdə qərarlaşıb.

“THE University Impact Rankings 2021” reytinq cədvəli BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edir.

Reytinqin 3-cü nəşrinə 94 ölkədən 1115 universitet daxil edilib.

Reytinqlə tanışlıq üçün bu linkdən istifadə edə bilərsiniz:

https://www.timeshighereducation.com/impactrankings#!/page/0/length/25/sort_by/rank/sort_order/asc/cols/undefined

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button