Cəmiyyət

Xaçmazda 64 yaşlı kişi intihar edib

Xaçmaz rayonundan intihar hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Hacıəlibəy kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Xalid oğlu Qasımov özünü yaşadığı evin həyətində asıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Mərhumun 3 qızı, 1 oğlu var.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button