Cəmiyyət

Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb, enerjinin verilişində fasilə yaranıb – VİDEO

Xaçmazda yol qəzası olub.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Mirəliyev Elxan Nəcməddin oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil idarəetmədən çıxaraq, yüksək gərginlikli elektrik dirəyinə çırpılıb. Zərbənin gücündən elektrik dirəyi aşaraq, qaz və rabitə xətlərini də sıradan çıxarıb.
Qəza zamanı sürücü xəsarətlər alıb.
Qəza səbəbindən ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button