Cəmiyyət

Xaçmazda parkda qadın döyülüb  | Report.az

Xaçmazda döyülmə hadisəsi baş verib.”Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhərində yerləşən “Fəvvarələr parkı”nda qeydə alınıb.Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxslə parkda mübahisə edib. Nəticədə E.Xəlilova həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.
Xəstəxanada E.Xəlilovaya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button