Mədəniyyət

Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)

Bakı. Samir Əli – Trend:
Dünən dünyasını dəyişən Azərbaycanın Xalq şairi Musa Yaqub dəfn edilib.
Trend-in məlumatına görə, Xalq şairi ilə vida mərasimi İsmayıllı rayonunun Buynuz kəndində, yaşadığı evdə keçirilib. O Buynuz kənd qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunub.
Xatırladaq ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1973-cü ildən o Azərbaycan Yazıçılar İttifaqında müxtəlif vəzifələrdə çalışıb.

Musa Yaqub uzun müddət parkinson xəstəliyindən əziyyət çəkirdi.
O 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülüb.

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button