İqtisadiyyat

Xammal qiymətlərinin artım tempi 2008-ci ildən bəri maksimuma çatıb

Böyük Britaniyanın “Unilever” şirkəti şampun, yuyucu maddələr və dondurmaların hazırlanmasında istifadə olunan xammalların qiymətlərinin 2008-ci ildən bəri ən yüksək tempdə artdığını bildirir.
“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət bu səbəbdən 2021-ci il üçün olan gəlirlilik gözləntilərini endirib və şirkətin səhmlərinin dəyəri son dövrdə 4,6% azalıb.
“Unilever”in maliyyə direktoru Qrəm Pitketli bildirib ki, artan neft, palma yağı qiymətləri “Procter & Gamble Co.” və “Unilever” kimi istehlak malları istehsal edən nəhəng şirkətləri öz məhsullarını bahalaşdırmağa məcbur edir. Lakin Q. Pitketliyə görə, şirkətlər manevr etməklə qiymət artımından yayınmalıdırlar.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında “Unilever”in əsas gəlir marjası bir il əvvəlki 19,8%-dən 18,8%-ə qədər enib.
“Unilever” – qida və məişət kimyəvi maddələr bazarında dünya liderlərindən biri sayılan Britaniya şirkətidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button