Gündəm

Xaricə getmək üçün ‘viza’ verənin işi məhkəməyə göndərildi

2019-2020-ci illərdə Bakı və Sumqayıt şəhərlərində aldatma yolu 34 şəxsdən 191 min manat ələ keçirdiyi bildirilən Ruslan Tağıyev barəsindəki cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumatı Baş Prokurorluq yayıb. Onun xarici ölkələrdə yüksək məvaciblə işə götürülmə, Kanada və Almaniyaya yaşamaq, eləcə də ABŞ-da təhsil üçün vizaların təşkili ilə bağlı vətəndaşlara yalan vədlər verdiyi deyilir.

R.Tağıyevin “Bizim Kəndimiz” MMC-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işlədiyi müddətdə 14 min 800 manat dəyərində avadanlığı mənimsədiyi də qeyd edilir. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.2 (mənimsəmə və ya israf etmə), 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə ittiham olunur.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button