İqtisadiyyat

Xarici səyahətlərin sayı aşağı olaraq qalmaqdadır

“Henley & Partners” beynəlxalq konsaltinq şirkətinin yeni pasport reytinqinə görə, beynəlxalq səyahətlər son dərəcə çətin olaraq qalmaqdadır.
“APA-Economics” şirkətin açıqlamasına istinadən xəbər verir ki, reytinqə görə, beynəlxalq səyahətlərin sayı bir çox sərhədin hələ də qapalı olması səbəbindən 2019-cu ilin göstəricisindən 88% geri qalır.
Reytinq pasport sahiblərinin vizasız səyahət edə biləcəkləri və ya gəlişi zamanı viza almaq hüququ verən ölkələrin sayına görə tərtib olunub.
“Pasportların nəzəri imkanları ilə faktiki əlçatan səyahətlər arasındakı fərq əhəmiyyətli olaraq qalmaqdadır”, – şirkətin məlumatında deyilir.
Reytinqin liderləri Yaponiya (rəsmi olaraq əlçatan 193 ölkə), Sinqapur (192), Almaniya və Cənubi Koreya (hər biri 191) olub. Hazırda Yaponiya pasportunun sahibləri üçün 80-dən az, sinqapurlular üçün isə 75-ə yaxın istiqamət əlçatandır.
Bənzər narahatlıqları əhali arasında peyvəndlənmənin yüksək səviyyədə olduğu ölkələrin vətəndaşları da yaşayır. Məsələn, hazırda ABŞ pasportunun sahibləri həmişə olduğu kimi 187 deyil, cəmi 61 ölkəni vizasız ziyarət edə bilərlər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button