İqtisadiyyat

Xarici şirkətlər Azərbaycanın alternativ enerji sektoruna maraq göstərir

BP ənənəvi (neft-qaz) enerji layihələri ilə yanaşı, alternativ enerji mənbələri sahəsində də Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.
“APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə BP şirkətinin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Onun sözlərinə görə, BP şirkəti alternativ enerji sahəsi istiqamətində inkişaf edəcəyi barədə artıq strategiyasını və planlarını açıqlayıb. Azərbaycanın da bu sahənin inkişafı üzrə planları da bəllidir.
“Ölkənin bərpa olunan enerji ilə bağlı planları şirkətin bu sahədə strategiyasının üst-üstə düşür və biz böyük məmnuniyyətlə Energetika Nazirliyi ilə bu sahədə əməkdaşlığı davam etdiririk. Artıq bununla bağlı bir anlaşma sənədi və bir icra sənədi hazırlanıb iki xətt istiqamətində və ümid edirik, bu fəaliyyət qısa bir müddət ərzində konkret layihələrlə nəticələnəcək”, – B. Aslanbəyli qeyd edib.
BƏƏ-nin “Masdar” şirkətinin baş meneceri Husain Al Meer də Azərbaycanda alternativ enerji mənbələri sahəsində şirkətin planları ilə bölüşüb.
Onun sözlərinə görə, hazırda şirkət Azərbaycanda tikəcəyi qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyası layihəsi çərçivəsində işlər davam edir. O xatırladıb ki, bu ilin aprel ayında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Planlara əsasən tikinti mərhələsinə bu ilin axırı – gələn ilin əvvəli başlamaqdır.
İşğaldan azad olunmuş ərazilərdə layihələrdə iştirak etmək planları ilə bağlı suala cavab verərək, Husain Al Meer qeyd edib ki, Azərbaycan şirkət üçün strateji bazardır və Energetika Nazirliyi ilə müxtəlif planlar və şirkətin bazarda necə güclü mövqe tuta biləcəyi barəsində müzakirələr aparılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button