Dünya

Yəməndə miqrantları daşıyan gəmi batıb, 150-dən çox insan ölüb – YENİLƏNİB

Yəmən sahillərində gəminin qəzaya uğraması nəticəsində dənizdə 150-dən çox insanın meyiti aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, hadisə miqrantları daşıyan gəmi ilə balıq ovlayan gəminin toqquşması nəticəsində baş verib.
15:36
Yəmən sahillərində göyərtəsində 250-dən çox miqrant olan gəmi batıb.
“Report” xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.
Bildirilib ki, gəmi Afrikadan olan qanunsuz miqrantları daşıyırmış.
Gəminin sərnişinlərinin taleyindən xəbər yoxdur.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button