İqtisadiyyat

Yanvar-mayda 339 investisiya layihəsi üzrə 25 mln. manata yaxın güzəştli kredit verilib

Sahibkarlığın İnkişafı Fondundan (SİF) ayrılan güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.
“APA-Economics” xəbər verir ki bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
O əlavə edib ki, 2021-ci ilin yanvar-may ayları ərzində 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 mln. manat güzəştli kredit verilib.
“Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur”, – nazir qeyd edib.
Nazir əlavə edib ki, yanvar-may ayları ərzində SİF xətti ilə verilən güzəştli kreditlərin 79%-i regionlarda, 21%-i isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərin 37,6%-i sənaye məhsullarının istehsalı və emalı, 53,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7%-i isə digər sahələrin inkişafına yönəldilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button