İdman

Yapon futbolçu Keysuke Honda Xirosimaya bənzədilən Ağdamda olub

“Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam rayonuna yollanıb.
Apasport.az saytının məlumatına görə, bunu yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.
AFFA-nın vitse-prezidenti Elxan Məmmədov və Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə birlikdə şəkil çəkdirən ulduz futbolçu paylaşımında “Qarabağ”la dünənki matçın “İmarət” stadionunda keçirilməli olduğunu vurğulayıb: “Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” ev oyunlarını indiki olduğum yerdə – Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. İnşallah, burada futbol yenidən doğulacaq”.
Elxan Məmmədov, Canni de Byazi və Keysuke Honda da daxil olmaqla Ağdama yollanan nümayəndə heyəti “İmarət” stadionunda futbol da oynayıb.
Yapon futbolçu Xirosimaya bənzədilən Ağdamda oldu
Qeyd edək ki, Ağdam erməni işğalı nəticəsində məruz qaldığı dağıntılara görə atom bombası atılmış Yaponiyanın Xirosima şəhəri ilə müqayisə olunur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button